İNTERNET XİDMƏTLƏRİ MÜQAVİLƏSİ  

(fiziki şəxslər üçün)

 

1. MÜQAVİLƏNİN MÖVZUSU

 

1.1 İSTİFADƏÇİ tapşırır, PROVAYDER isə Xidmətlər Tarifinə müvafiq olaraq İSTİFADƏÇİYƏ məxsus olan avadanlığın Optika texnologiyası üzrə İnternet şəbəkəsinə qoşulması məqsədi ilə işlərin və xidmətlərin yerinə yetirilməsi haqda öhdəlikləri üzərinə götürür.

Xidmətlər tarifi hazırki müqavilənin ayrılmaz tərkib hissəsidir.

1.2 Abunə xəttinin (məlumatların ötürülməsi şəbəkəsində rabitə xəttinin ötürme zolağı) standart xarakteristikaları nəzərə alınmaqla təşkil olunan kanalda texniki sürət Ethernet stansiya avadanlığı üzərinde PROVAYDER tərəfindən təyin olunur və tarif planından asılı olaraq internet qoşulmanı təşkil edir, istifadə ediləcək aylıq trafikin həcminə məhdudiyyət tədbiq edilmir. Lakin İSTİFADƏÇİ tərəfindən istifade edilən trafikin həcmi əhəmiyyətli dərəcə artıqda, PROVAYDER istifadə ediləcək trafikin sürətini İSTİFADƏÇİYƏ qabağcadan məlumat vərməklə aşağı salmaq hüququnu özündə saxlayır. Real texniki sürət və rabita xidmətlərinin digər texniki göstəriciləri istifadə olunan məlumatların ötürülməsi protokollarından, məlumatların ötürülməsi şəbəkəsinin elementlərinin vəziyyətindən (abunə xətti, digər rabitə operatorlarının məlumatlanın ötürülməsi şəbəkələri, eləcə də İSTİFADƏÇİNİN avadanlığı məlumatların mübadiləsini apardığı serverlərdən və digər şəbəkə avadanlığından) asılıdır və buna göre də PROVAYDER İSTİFADƏÇİYƏ rabitə xidmətləri təqdim olunan müddət ərzində təşkil olunan kanal üzre məlumatların mübadilə sürətinin dəyişməzliyinə və digər texniki göstəricilərə əməl olunacağına zəmanət vermir.

1.3 İSTİFADƏÇİNİN İnternet şəbəkəsinə qoşulması Müqavilənin imzalandığı və pul vəsaitinin PROVAYDERİN şəxsi hesabına daxil olduğu gündən etibarən 10 (on) iş günündən gec olmamaqla və İSTİFADƏÇİ tərəfindən zəruri texniki vasitələrin mövcüd olduğu zaman yerinə yetirilir.

 

2. TƏRƏFLƏRİN HÜQUQ VE ÖHDƏLİKLƏRİ

 

2.1 PROVAYDERİN öhdəlikləri:

2.1.1 PROVAYDER İSTİFADƏÇİNİN seçdiyi Tarif Planı (hazırkı müqavilə imzalanan tarixə qüvvədə olan tariflər) üzrə nəzərdə tutulmuş ilkin ödəniş məbləğinin ödənişi həyata keçirildikdən sonra geniş zolaqlı rabitə xəttini İSTİFADƏÇİNİN yaşayış ve ya olduğu yer üzrə quraşdırır, aktivləşdirir, yoxlayır və İSTİFADƏÇİ Telekommunikasiya xidmətləri ilə təmin edir;

2.1.2 İSTİFADƏÇİNİN müraciəti əsasında ona PROVAYDERİNİN rabitə xidmətləri, onlardan istifadə qaydaları və tarifləri haqqında məlumat verir;

2.1.3 Müqavilənin şərtlərinə uyğun olaraq Xidmətləri göstərir;

2.1.4 İSTİFADƏÇİNİN müraciəti əsasında internet qoşulmaqla olan texniki problemlərini vaxtında (qeyri-iş günləri istisna olmaqla) aradan qaldırır. Əgər texniki problemlərin həlli üçün PROVAYDERƏ müraciət qeyri-iş günlərinə təsadüf edərsə, bu halda PROVAYDER mövcud imkanları daxilində növbətçi texniki qrupu ilə həll edilə bilər. PROVAYDER İSTİFADƏÇİNİN ya üçüncü şəxslərin təqsiri üzündən yaranan texniki problemləri həll etməmək hüququnu özündə saxlayır;

2.1.5 İSTİFADƏÇİNİN müraciəti əsasında uşaqların zərərli informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təmin etmək.

 

2.2. PROVAYDERİN hüquqlan:

2.2.1 İSTİFADƏÇİDƏN onun bu Müqavilə üzrə öhdəliklərinin tam vicdanla və tələblərə uyğun sürətdə icra edilməsini tələb etmək;

2.2.2 Xidmətin və ya şəbəkənın texniki parametrlərinə, o cümlədən avadanlığa ve digər rabitə vasitələrinin konfiqurasiyasına təsir edə bilən istənilən deyişiklidən etmək;

2.2.3 Xidmət ilə elaqədar qaydaları, şərtləri ve tarifləri birtərəfli qaydada dəyişdirmək;

2.2.4 İSTİFADƏÇİNİN Müqavile ilə nəzərdə tutulmuş hüquq və öhdəliklərinə təsir etməyən PROVAYDERİN istənilən fəaliyəti barədə İSTİFADƏÇİYƏ məlumat verməmək;

2.2.5 Bu Müqavilə ilə müəyyən olunan hallarda Müqavilə üzrə öhdəliklərinin icra olunmasını dayandırmaq və ya Müqaviləyə birtərəfli qaydada xitam vermək.

 

2.3. İSTİFADƏÇİNİN öhdəlikləri:

2.3.1 Quraşdırma zamanı İSTİFADƏÇİNİN mənzili daxilində texniki quraşdırma qrupuna lazımı şərait yaratmaq və ehtiyac olduğu halda inzibatı dəstək vermək, yəni zirzəmilərə, çardaqlara, qarajlara, şaxtalara və s. daxil olmaq üçün müvatiq icazələri almaq və tələb olunan yerlərə girişin təmin olunması üçün lazımı digər hərəkətləri etmək;

2.3.2 Xidmətlərdən üçüncü şəxslər tərəfindən istifadə edildikdə, belə istifadənin Müqavilənin şərtləri daxilində həyata keçirilməsinə zəmanət vermək və həmin üçüncü şəxslərin hərəkətlərinə göre Azərbaycan Respublikasının qanunvericiliyinə və hazırkı Müqaviləyə əsasən məsuliyyət daşımaq;

2.3.3 Səxsiyyət Vəsiqəsi (və ya Pasport), əlaqə məlumatı və bu Müqavilənin icra olunmasi ilə bağlı tələb olunan məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə PROVAYDERİ 10 (on) gündən gec olmayaraq yazı surətdə məlumatlandırmaq;

2.3.4 Xidmətdən və xidmətlə elaqədar olan digər avadanlıq və vasitələrdən kommersiya məqsədi və ya şəxsi istifadədən başqa digər istənilən fəaliyyət üçün istifadə edilməməsini və ya bu məqsədlərlə başqasına istifadəyə və ya icarəyə verilməməsini təmin etmək;

2.3.5 Xidmətin üçüncü şəxslərə ikinci əldən (təkrarən) satılmamasını təmin etmək;

2.3.6 Şəbəkə, xidmət və bununla elaqədar digər vasitələri hər hansı qeyri-qanuni və ya qeyri-etik məqsədlər, cinayət məqsədlər və ya inzibatı pozuntular üçün istifadə etməmək;

2.3.7 Şəbəkəyə müdaxilə edən və ya mənfi təsir göstərə bilən qurğulardan istifadə etməmək;

2.3.8 İSTİFADƏÇİNİN səhlənkarlığı, birbaşa və ya dolayı təqsiri ucbatından, kabel və quraşdırılmış avadanlıqla kobud reftarı nəticəsində və İSTİFADƏÇİYƏ aid Wi-Fi avadanlığı, kompyuter və digər avadanlıqların təminatında yaranmış texniki problemlərin və ya zədələnmələrin həll edilməsi üçün texniki qrupuna və çağırılmasının yekun dəyərini PROVAYDERİNİN həmin tarixdə qüvvədə olan qiymət cədvəlinə əsasən ödəmək.

2.3.9 Avadanlığın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ağlabatan tədbirlərin görülməsini və nəzərətin həyata keçirimək.

 

2.4. İSTİFADƏÇİNİN hüquqları

2.4.1 PROVAYDERİNDƏN bu Müqavilədə müəyyən olunmuş öhdelliklərin yerinə yetirməsini tələb etmək;

2.4.2 Tətbiq olunan Tarif Planı və Qaydalara uyğun olaraq Müqavilə güvvədə olduğu müddət ərzində PROVAYDER tərəfindən göstərilən hər hansı rabitə xidmətlərini əlavə etmək və ya ondan imtina etmək;

2.4.3 Təmin edilən telekommunikasiya xidmətləri və “PROVAYDER” haqqında telekommunikasiya providerin çağrı mərkəzi (174) ilə, o cümlədən telekommunikasiya operatorunun  https://alfanet.az/ olan rəsmi internet səhifəsindən məlumat əldə etmək;

2.4.4 PROVAYDERİN, əməllərindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək və hüquqlarının qorunmasını tələb etmək;

2.4.5 PROVAYDERDƏN internet xidmətlərinin məzmunu, keyfiyyəti, xidmət haqqı və göstərilməsi qaydası haqqında ətraflı məlumatı pulsuz almaq;

2.4.6 Qanunvericiliyə və müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən xidmətlərin siyahısının dəyişdirilməsi, azaldılması və ya onların göstərilməsinə xitam verilməsini tələb etmək.

 

3. XİDMƏTLƏRİN DƏYƏRİ VƏ HESABLAŞMALAR QAYDASI

 

3.1 Hazırki Müqavilə üzrə xidmətlərin dəyəri Xidmətlərin Tarifi cədvəli ilə müəyyən edilir.

3.3 PROVAYDERİN xidmətlərinin ödənişi İSTİFADƏÇİ tərəfindən qabağcadan olaraq ödənilir. Xidmətlərin hesablaşma dövrü hər ayın birinci gününün 00 saat 01 dəqiqə vaxtından başlayır.

3.4 Ödəniş nağd vəsaitin PROVAYDERİN kassasına daxil edilməsi, onlayn ödəmə plastik kart vasitəsi ilə, bankomat və internet banking, ödəmə terminalı yolları ilə ödənilə bilər.

3.5 İSTİFADƏÇİ tərəfindən aşkar olunan nasazlığa görə hər çağırış üçün (5 azn fiziki şəxslər, 10 azn hüquqi şəxslər) tərəfindən ödənilməlidir.

3.6 Müqavilənin xitam verilməsindən sonra yalnız növbəti ay üçün ödənilmiş vəsait qaytarılır. Cari ay üçün ödənilmiş vəsait isə qaytarılmır. İSTİFADƏÇİ cari ayın axırına kimi internet xidmətindən istifadə etməlidir.

 

4. DİGƏR ŞƏRTLƏR

 

4.1 PROVAYDER öz şəbəkəsində olmayan resursların işləməsinə, keyfiyyətinə və qoşulma sürətinə görə məsuliyyət daşımır.

4.2 İSTİFADƏÇİYƏ müqavilənin əlavəsində göstərilən maksimal sürət nominalına qədər internet şəbəkəsinə çıxış verilir.

4.3 Elektrik cəryanının olmaması və yaxud maqistral optik kabelin zədələnməsi səbəbindən internet xidmətində yaranan fasiləyə qörə PROVAYDER məsuliyyət daşımır.

4.4 PROVAYDER  istənilən  zaman təqdim edilmiş internet xidmətlərinin tarifini dəyişmək hüququndadır. Dəyişilmiş tariflər PROVAYDERİN rəsmi Veb internet saytında öz əksini tapır və bu müqaviləyə şamil olunur.

4.5 İSTİFADƏÇİ  tariflərin dəyişiləməsini  PROVAYDERİN internet saytında izləməlidir.

4.6 İSTİFADƏÇİNİN mənzilinə kimi çəkilmiş internet kabellər PROVAYDERƏ məxsusdur və İSTİFADƏÇI internet xidmətindən imtina etdikdən sonra bu kabellər PROVAYDER tərəfindən çıxarıla bilər.

4.7 Qoşulmadan sonra 3 aydan tez PROVAYDERİN xidmətlərindən istifadəyə xitam verildikdə və ya abunə haqqını ödəməkdən imtina edildikdə, İSTİFADƏÇİ PROVAYDERƏ 5 azn (qoşulma haqqını) və mənzilə qədər kabel çəkilməsi xərclərini kompensasiya etməlidi.

4.8 Mənzillərin içində və mənzildən kənar çəkilmiş kabellərin saxlanılmasına qörə PROVAYDER heç bir məsuliyyət daşımır.  Mənzil və mənzildən kənarda zədələnmiş kabellərin bərpası ödənişlidir.

4.9 Keçirilən kampanyalar çərçivəsində İSTİFADƏÇİYƏ istifadə üçün avadanlıq (“router”) verilir. Router PROVAYDERİN mülkiyyətidir və İSTİFADƏÇİ “router”-in təhlükəsizliyi və xidmətə verilməsi üçün tam məsuliyyət daşıyır. PROVAYDERİN xidmətlərindən istifadəyə xitam verildikdə və ya abunə haqqını ödəməkdən imtina edildikdə, İSTİFADƏÇİ PROVAYDERƏ məxsus “router”-i tam və işlək vəziyyətdə qaytarmağı öhdəsinə götürür.

 

5. MƏSULİYYƏT

 

5.1. Internet müxtəlif şəbəkələrin könüllü birliyi olduğundan PROVAYDER Internet səbəkəsinin ayrı-ayrı seqmentlərinin çatışmamazlığına və düzgün fəalyyət göstərməməsinə cavabdehlik daşımır. PROVAYDER müvəqqəti və ya daimi olaraq internet şəbəkəsi üzərindən mövcud olmayan host və server vasitələri ilə informasiya mübadiləsinə zəmanət vermir. PROVAYDER yalnız öz şəbəkəsi çərçivəsində verilmiş internet sürətinə zəmanət verir. 

5.2. İSTİFADƏÇİ Internet şəbəkəsindən qəbul olunmuş materialların istifadəsi, informasiya, reklam, xidmət və mallar ilə əlaqədar olan bütün risk və məsuliyyəli tam olaraq öz üzərine götürür.

5.3 İSTİFADƏÇİNİN hərəkətləri nəticəsində (misal: kompyuter şəbəkələrinin qırma təşəbbüsləri, xoşagəlməz korrespondensiya, virusların göndərilməsi, telekonfranslarda istənilməyən xarakterli məlumatın nəşri və s.) səbəblərə qörə PROVAYDER heç bir məsuliyyət daşımır. İSTİFADƏÇİ-nin  internet xidmətindən istifadə etdiyi halda  üçüncü şəxslərə vurulan mənəvi və maddi ziyan haqda gələn şikayətlər ehtimalında, PROVAYDER İSTİFADƏÇİNİ qabağcadan xəbərdar edir, və həmçinin ortaya çıxmış ziddiyatların həll olunmasınadək İSTİFADƏÇİYƏ təqdim etdiyi xidmətin bütövlüklə və ya hissə-hissə məhdudlaşdırmaq, və ya müqavilənin 6-cı bəndinə əsasən  müqavilənin birtərəfli ləğv etmək hüququnu üzərində saxlayır.

5.4 PROVAYDER Internet şəbəkəsi ilə istər açıq və ya gizli şəkildə təqdim olunan istənilən mallara, xidmətlərə, məlumata göre heç bir zəmanət vermir və məsuliyyət daşımır. PROVAYDER İSTİFADƏÇİNİN Internet şəbəkəsindən birbaşa və ya dolayı yolla istifadəsi və ya istifadə bilməməsi səbəbiylə ona dəymiş zərər və ya xərclərə görə məsuliyyət daşımır. İnternet şəbəkəsi vasitəsi ilə təqdim olunan istənilən fikrin səmərəliyinin, dəqiqliyin tamlığının, xidmətlərin və digər məlumatların, malların keyfiyyət və xüsusiyyətlərinin qiymətləndirməsinə görə cavabdehliyi İSTİFADƏÇİ daşıyır.

5.5 PROVAYDER Internet şəbəkəsi vasitəsi ilə yayımlanan (mövcud olan) ümumi informasiya axınında İSTİFADƏÇİ üçün xoşa gəlməz olan materiallara, həmçinin öz növbəsində İSTİFADƏÇİYƏ şəxsən toxuna biləcək və ya onunla bağlı olan açıq seksual xarakterli və ya təhqirədici məlumatlara nəzərət etmir və buna görə məsuliyyət daşımır.

5.6 İSTİFADƏÇİ giriş üçün öz parametlərinin təhlükəsizliyinə və onun giriş kanalından icazəsiz istifadə nəticəsində dəymiş zərərə görə tam məsiliyyət daşıyır. PROVAYDER, İSTİFADƏÇİNİN girişindən üçüncü şəxslər tərəfindən icazəsiz olaraq istifadə nəticəsində dəymiş ziyana görə, o cümlədən, üçüncü şəxslər tərəfindən icazəsiz istidafə ilə İSTİFADƏÇİNİN şəxsi hesabına və onun səhifəsindən şəxsi statik məlumatlara girməsinə görə məsuluyyət daşımır və kompensasiya vermir.

5.7 PROVAYDER ondan asılı olmayan səbəblərə görə - avadanlığın yerləşdiyi zirzəmi və digər yerlərin su ilə dolması, yanğın baş verməsi və digər xarici təsirlərə məruz qalması, elektrik təchizatının kəsilməsi və ya qüsurların olması və digər buna bənzər halların baş verməsi nəticəsində xidmət səviyyəsinin aşağı düşməsi və ya xidmətin dayandırılmasına görə məsuliyyət daşımır və belə halların mövcüdluğu keyfiyyətsiz və ya qüsurlu xidmət kimi qiymətləndirə bilməz.

5.8 İSTİFADƏÇİ bu Müqavilədə qeyd edilən öhdəliklərini pozduqda, PROVAYDER belə pozuntu nəticəsində dolayı yolla və ya birbaşa dəymiş ziyanın (real zərər, əldən çıxmış fayda, habelə də pulu) tam məbləğin İSTİFADƏÇİDƏN tələb etmək hüququna malikdir.

 

6. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ, XİDMƏTLƏRİN DAYANDIRILMASI VƏ MÜQAVİLƏYƏ XİTAM

 

6.1 Bu Müqavilə onu hər iki Tərəf imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Tərəflərin qarşılıqlı razılığı əsasında, müqavilənin müddəti uzadıla bilər. Əgər Tərəflərdən biri digərinə hazırkı Müqavilə müddətinin bitməsinə 10 (on) təqvim günü qalmış Müqavilənin ləğv edilməsi barəsində yazılı şəkildə xəbərdarlıq etməyibsə, Müqavilənin müddəti hər il uzadılır.

6.2 PROVAYDER aşağıdaki hallada və öz seçimi əsasında bu Müqavilənin icrasını birtərəfli qaydada dayandıra və ya ona xitam verə bilər:

a) Müqavilənin fəaliyyəti PROVAYDERİN birbaşa günahı olmadan, yazılı şəkildə tərtib edilmiş əsasında İSTİFADƏÇİNİN təşəbbüsü ilə dayandırıla bilər;

b) İSTİFADƏÇİNİN bu Müqavilə üzrə xidmətlərdən istifadəsi nəticəsində PROVAYDERİN istismarında olan texnoloji avadanlığına və xidmətin keyfiyyətinə mənfi təsir göstərildikdə;

c) PROVAYDERİN avadanlığına aid texniki və ya profilaktik işlərin aparılması ilə əlaqədar olaraq;

d) İSTİFADƏÇİ tərəfindən PROVAYDERİN istismarında olan şəbəkə və ya rabitə kanalları vasitəsi ilə PROVAYDERƏ hər hansı üçüncü şəxslərə və ya dövlətə ziyan yetirən hərəkətlərin edilə biləcəyinə güman etməsinə əsas olduqda;

e) Müqavilənin şərtlərinə uyğun olaraq ödəniş öhdəlikləri yerinə yetirmədiyi halda;

f) İSTİFADƏÇİ bu Müqavilə üzrə hansı öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə;

g) Qanunvercilikdə nəzərdə tutulmuş digər hallarda.

6.3 Müqavilə, yuxarıdakı səbəbdən fərqli olan səbəblərə görə qüvvədən düşdükdə qarşılıqlı hesablaşma və ödənişlər üzrə məsələlər Tərəflərin razılığı ilə və ya məhkəməsində müəyyən edilmiş qaydaya əsasən həll edilir. 

6.4 Hazırki Müqavilənin yerinə yetirilməsində istisna edən və ya obyektiv maneələr törədən fors-major halları yarandıqda, Tərəflər qarşılıqlı iddialara malik olmurlar və hər bir tərəf bu halların nəticələrinin öz riskini üzərinə götürür. Qeyd olunan hallar Tərəflərin həmin halların yarandığı tarixə mövcüd olan pul öhdəliklərinin yerinə yetirilməsindən azad etmir.

6.5 Hazırki Müqaviləyə dair bütün əlavə və deyişikliklər yazılı şəkildə tərtib edilir və hər iki Tərəfdən imzalanır.

6.6 Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) əsli nüsxədə imzalanmışdır. Bir nüsxə PROVAYDERDƏ digər nüsxə isə İSTİFADƏÇİDƏ saxlanılır.

6.7 Qanunvericilik və normativ aktların (o cümlədən rabitənin digər struktur və orqanlarının) tarif və rüsumları dəyişildiyi halda, İnternet-ə qoşulma imkanı verilməsi üzrə PROVAYDERİN xidmətlərinə aid edilən digər məcburi ödənişlər tətbiq edildikdə, həmçinin, Azərbaycan Respublikası ərazisində qiymət indeksinin dəyişildiyi halda PROVAYDER Xidmətlər Tarifini və hazırki Müqaviləni qeyri – şərtsiz qaydada yenidən nəzərdən keçirmə hüququna malikdir. Tariflərin dəyişiklikləri barədə məlumatlar PROVAYDER-nın rəsmi Veb saytında göstərilir.                                                        

6.8 Əgər İSTİFADƏÇİ Müqavilədə əks olunan  Tariflərin dəyişməsi ilə razı deyilsə, o zaman, xəbərdarlıq aldığı tarixdən sonrakı 10 (on) gün ərzində yazılı şəkildə, PROVAYDERA məlumat verməlidir: hüquqi şəxslər üçün – İSTİFADƏÇİ  təşkilatın rəhbərinin imzası ilə, fiziki şəxslər üçün – şəxsi imza və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə.

Bu halda Müqavilə hazırki Müqavilənin 6-cı bəndində qeyd olunan şərtlər əsasında ləğv olunur. Dəyişiklərin qüvvəyə minməsi anında Müqavilədən yazılı şəkildə imtina təqdim edilmədikdə, bu, İSTİFADƏÇİNİN Müqavilə və Tariflərin şərtləri ilə razılaşması kimi qəbul edilir.

6.9 Keçirilən kampanyalar çərçivəsində müqavilə şərtlərinə uyğun olaraq PROVAYDERİN mülkiyyətində olan avadanlıqlar İSTİFADƏÇİNİN istifadəsinə və ya ona alqı-satqı yolu ilə nağd və ya köcürmə yolu ilə yetirə bilər, müqaviləyə xitam verildikdə PROVAYDER tərəfindən istifadəyə verilmiş avadanlıqlar PROVAYDERƏ tam tərkibdə işlək vəziyyətdə, hər hansı qüsur və xəsarət olmadan 3 (üç) gün ərzində geri qaytarılır, əks təqdirdə tarif planına uyğun olaraq gündəlik borc yazılır və PROVAYDER istifadıyə verilmiş avadanlıqlarının geri tələb edilməsi ilə bağlı tədbirlər görür.

6.10 İSTİFADƏÇİ günahı ucbatından istifadəsinə verilmiş avadanlıqların hər hansı qüsur və xəsarət olduğu, sıradan çıxdığı və geri qaytarılmadığı hallarda İSTİFADƏÇİ avadanlıqların dəyərini nağd və köcürmə yolu ilə PROVAYDERƏ ödəməlidir.

6.11 İSTİFADƏÇİ bu Müqaviləyə xitam vermək istədiyi halda, o bu barədə növbəti ay üçün ödəniş günündən ən azı 10 (on) iş günü əvvəlcədən PROVAYDERİN ofisinə yazılı müraciət etməklə xəbərdar etməlidir. Bu halda Müqavilənin xitam tarixinədək göstərilmiş Xidmətin haqqı İSTİFADƏÇİ tərəfindən aparılır və Tərəflər arasında bütün qarşılıqlı hesablaşmalar yerinə yetirilməlidir.

6.12 İSTİFADƏÇİ müqaviləni müvəqqəti dayandırmaq ya da xitam vermək, seçdiyi tarif planını dəyişmək istədiyi halda 10 (on) iş günü öncədən PROVAYDERƏ müraciət etməlidir.

 

7. FORS-MAJOR

 

7.1. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, PROVAYDER Müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan cərimələrin ödənilməsindən azad edilir və Müqavilənin pozulması üçün məsuliyyət daşımır.

7.2. Qarşısıalınmaz qüvvənin təsirinə İSTİFADƏÇİ və PROVAYDER tərəfindən nəzarət edilməyən, onların səhvi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, karantinlər, embarqolar, dövlət və hökümət qərarları və bu kimi digər hallar aid edilir.